İlqarla Zülfiyyənin övladlığa götürdüyü Əmrah şəhid olub

Azərbaycanda tanınmış aparıcılar İlqar Mikayıloğlunun və həyat yoldaşı hüquqşünas Zülfiyə Bayramovanın övladlığa götürdüyü şəxs şəhid olub.

Olaylar.az oxu24.com xəbər verir  ki, bu haqda  hüquqşünas Zülfiyyə Bayramova  "Elgizlə izlə" verilişinin canlı efirində bildirib.

"Mənim övladlığa götürdüyüm Əmrah da 44 günlük Vətən Müharibəsində şəhid olub.O imkansız bir ailənin övladı idi.Kollecdə oxuyanda qalmağa yeri olmadığı üçün onu 15 yaşında evimə gətirdim.Öz övladlarımdan seçmirdim.Əsgərliyə də özüm yola saldım.Sonradan itkin düşmə xəbəri gəldi.Bir neçə gündən sonra məlum oldu ki,Əmrah şəhid olub",- deyə hüquqşünas canlı yayımda bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31