Fazil Mustafa evə buraxıldı
11 Aprel 2023 16:13 SosialBir neçə gün əvvəl yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb. "Olaylar" xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Fazil Mustafa özü məlumat verib.Deputat bildirib ki, hazırda özünü yaxşı hiss edir və müalicəsinə evdə davam edəcək: "Xəstəxanadan evə buraxılmışam, hazırda vəziyyətim stabildir. Sağlıq durumum normaldır, hər şey qaydasındadır. Müalicəm evdə davam etdirilir. Tikişlər sökülənə qədər evdə olacağam. Bundan sonra hər şey normala dönəcək". Fazil Mustafa təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31