AzTU-nun dosenti vəfat edib
11 Aprel 2023 11:19 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti, t.e.n. Fəxrəddin Əlizadə 71 yaşında vəfat edib.
"OLAYLAR"-a təhsil ocağından bildirilib ki, Fəxrəddin Əlizadə 1970-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Nəqliyyat fakültəsində təhsil alıb. 1988-ci ildə universitetin Daxili yanma mühərrikləri kafedrasında işə başlayıb.
http://[center][img]https://newscenter.az/uploads/posts/2023-04/dosent.jpg[/img][/center]
Coxsaylı elmi məqalə, metodik vəsait və fənn proqramlarının müəllifi olub.
AzTU-nun rəhbərliyi və kollektivi Fəxrəddin Əlizadənin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31