Süd vəzi xərçəngi hansı hallarda yaranır?

"Süd vəzi xərçəngi süd vəzinin normal hüceyrələrindən əmələ gəlmiş şiş hüceyrələrinin çoxalması nəticəsində yaranır". "Olaylar" xəbər verir ki, bunu deyən ATU-nun Onkologiya kafedrasının dosenti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyevanın sözlərinə görə, orqanizmin bütün hüceyrələri öz vəzifələrini yerinə yetirdikdən sonra məhv olur: "Şiş hüceyrələrində isə bu mexanizm işləmir. Həmçinin şiş hüceyrələrinin inkişafı, artıb çoxalması orqanizmin tənzimedici mexanizmlərinə tabe olmadan baş verir. Əgər bu hüceyrələri məhv edən və ya inkişafını dayandıran kənar müdaxilələr olunmasa, onlar öz inkişaflarını fasiləsiz olaraq davam etdirirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31