AƏSMA-da “Heydər Əliyev və təhsil” mövzusunda “Dəyirmi masa” keçirilib - ÖZƏL
10 Aprel 2023 11:05 Sosial"2023-cü ilin Heydər Əliyev ili" elan edilməsi ilə bağlı "Tədbirlər Planı"nın icrası ilə əlaqədar olaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Riyaziyyat və informasiya texnologiyaları" kafedrasında "Heydər Əliyev və təhsil" mövzusunda "Dəyirmi masa" təşkil olunub. Akademiyadan "Olaylar"a bildirilib ki, müzakirələrdə ilkin olaraq "Riyaziyyat və informasiya texnlogiyası" kafedrasının müdiri, tex.f.d. Niyar Əvəz qızı Umarova tədbir barədə iştirakçılara məlumat verib, sonra dahi şəxsiyyət H.Əliyevin həyat və yaradıcılığına, təhsildə tətbiq etdiyi uğurlu nailiyyətlərə aid videoçarx göstərilib. Daha sonra kafedranın müəllimi Təranə Həsənəli qızı Vəliyeva "Heydər Əliyev və təhsil" mövzusunda video-təqdimatla çıxış edərək, H.Əliyevin Azərbaycan təhsilində gördüyü işlər barədə ətraflı şəkildə məlumat verib. Tədbirdə kafedranın müəllimi Sayad Əmirhüseyn qızı Eldarova "Heydər Əliyev təhsilin himayədarıdır" adlı mövzusu ilə çıxış edib. Kafedranın müəllimi riy.f.d. Firanə Mənsim qızı Məmmədovanın rəhbərliyi ilə magistrant Əlirza Aqil oğlu Abdullayev "Azərbaycanda tədqiqat bacarıqlarına əsaslanan təhsil" mövzusunda video-təqdimatla çıxış edərək, mövzu ilə əlaqədar əhatəli şəkildə maraqlı məlumat verib.