Bakıda zəhərlənən şagirdlər müvafiq müalicə prosedurundan sonra evə buraxılıb - BŞTİ
6 Aprel 2023 23:23 SosialBakıda zəhərlənən şagirdlər müvafiq müalicə prosedurundan sonra evə buraxılıb.
Olaylar.az bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
"Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb", - deyə BŞTİ-dən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31