Bakıda yarışa çıxan avtobus sürücüsü məhkəmə qarşısına çıxarıldı; digəri axtarışdadır - VİDEO

Bakıda yarışa çıxan avtobus sürücülərinin videosu sosial şəbəkədə yayılıb. Həmin görüntülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və araşdırma nəticəsində sürücülərin kimliyi müəyyənləşdirilib.

Olaylar.az bildirir ki, idarədən Avtosfer.az-a bildirilib ki, artıq sürücülərdən biri saxlanılıb və barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə təqdim edilib.

Nizami rayon Məhkəməsinin qərarı ilə sürücü Xanı Quliyev İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Xanı Quliyevin idarə etdiyi avtobus "Ayşən LTD" MCC-yə məxsusdur.

Hazırda yarışa çıxan digər avtobus sürücüsü də axtarılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31