Naxçıvan DYP-yə yeni rəis təyin edildi
4 Aprel 2023 16:30 SosialNaxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu vəzifəyə polis polkovnik-leytenantı Mais Məmmədov təyinat alıb.
O, bu təyinata qədər Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən həftə Naxçıvan DYPİ-nin rəisi, polis mayoru Ayaz Quliyev işdən azad olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31