Sosial şəbəkələrdə yayılan video Bakı metrosuna aid deyil - DİN
4 Aprel 2023 11:24 SosialDaxili İşlər Nazirliyi (DİN) Bakıda metrostansiyaların birində iki qadın arasında mübahisə yaranması ilə bağlı əlaqələndirilən video barədə açıqlama verib.
DİN-dən verilən məlumatda bildirilir ki, hadisə Bakı metropoliteninin stansiyalarında qeydə alınmayıb.
"Bu görüntülər Bakı metropolitenində qeydə alınmayıb. Metropolitendə Polis İdarəsində aparılan araşdırmalarla məlum olub ki, görüntülər başqa ölkədə çəkilib", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31