Yaxşı ki, səni tanımışam

Onu Azərbaycanda tanıdım.

Qıyıq gözləri ilə Türküstanı, təbəssümlü üzü ilə mədəniyyətimizi, soylu qələmi ilə ədəbiyyatımızı təmsil edirdi.

Türk dünyasına sevgisi onu daha çox çalışmağa, daha çox əsərlər yaratmağa məcbur edirdi.

Hər gözəl işində yeni bir mütəfəkkirin yarandığını mənə hiss etdirirdi.

Tez-tez birlikdə olar və "Türk dünyasına necə xidmət edə bilərik?" deyə düşünürdük.

Düşüncədə qalmayıb, əmələ də keçirirdik.

Birlikdə bir çox layihəyə imza atdıq, qalıcı əsərlər yaratdıq.

Amma Əkbər qardaşımın ən çox diqqətimi cəlb edən özəlliyi bütün işlərə gəncləri daxil etməsi, onları Türk dünyası ilə, Türk ədəbiyyatı ilə, Türk tarixi ilə üzləşdirməsi, özləşdirməsi idi.

Yəni gələcək nəsli yetişdirməyə çox önəm verirdi.

Hələ də elədir...

Onun 50 yaşını qeyd etməsinə baxmayın, içindəki ruhu hələ də 18 yaşındakı kimi həyəcanlıdır.

Yaxşı ki, Azərbaycana yolum düşüb.

Yaxşı ki, bu səfərdə səni tanımışam, dəyərli qardaşım.

Mövlana necə deyirdi; "Eyni dili danışanlar deyil, eyni hissi paylaşanlar bir-birini anlayar". Səninlə həm eyni dili danışmaq, həm də dünyaya eyni pəncərədən baxmaq mənim üçün böyük qürurdur.

Salam və sevgilərimi göndərirəm!

Səlcuq DÜZGÜN

TÜRKİYAD İB başqanının müavini

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31