Deputat Jalə Əhmədova vətəndaşları qəbul etdi - ÖZƏL - FOTO
22 Noyabr 2022 20:40 SosialOlaylar.az xəbər verir ki, Milli Məclisin deputatı Jalə Əhmədova Salyan şəhərində vətəndaş qəbulu keçirib.
O, bu barədə "Facebook" hesabında qeyd edib:
"21-22 noyabr tarixlərində Salyan şəhərində yerləşən deputat ofisində qəbul keçirdim.
Qəbulda şəhid ailələri, qazilər, Qarabağ müharibəsi iştirakçıları və digər rayon sakinlərini, ümumilikdə 60-a yaxın seçicini qəbul etdim, dinlədim. Onları narahat edən məsələlər barədə özümdə qeydiyyatlar aparıb, problemlərin həlli üçün səlahiyyətlərim çərçivəsində bacardığım köməkliyi əsirgəməyəcəyimi bildirdim.
İki gün davam edən qəbul zamanı vətəndaşlar əsasən işsizlik, pensiya, əlillik, sosial müavinət məsələləri ilə bağlı problemləri səsləndirdilər."










Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31