Məişət zorakılığının qarşısını almaq niyə mümkün olmur?
10 Fevral 2022 13:05 Sosial"Ailədə "Hamı günahkardır!" və "Hamı haqlıdır!" statusu hakim olmalıdır"
Son zamanlar paytaxt Bakıda, eləcə də regionlarda ailədə zorakılıqların, xüsusilə ağır cinayətlərlərin törədilməsi ilə davam etməsi cəmiyyətdə xüsusi amansızlığın təzahürü kimi qəbul edilir. Baxmayaraq ki, ölkədə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qüvvədədir, lakin baş verən ağır cinayətlərin qarşısını hələ də almaq mümkün deyil. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq məişət zorakılıqları dünyanın hətta inkişaf etmiş ölkələrində, müxtəlif kateqoriyalı ailələrdə, sinfi, irqi, mədəni, dini və sosial-iqtisadi faktorlardan asılı olaraq baş vermişdir. Ekspertlərin tədqiqatına görə zorakılıqların əsas səbəbi ailələrdə çətin sosial durumun, ictimai şüurda yoxsulluq kimi xurafatın olmasıdır. Zorakılıqlar şəxsin sağlamlığında müxtəlif fəsadlar-yuxusuzluq, iştahanın pozulması, narkotiklərin və alkoqollu içkilərin qəbuluna meyl, hətta fərdin özünü cəzalandırılması-intihara getmə hərəkətlərini yaradır. Bəzən zorakılıqların təsir dərəcəsi uzun müddət davam edir. Məişət zorakılığı bir şəxsin digər şəxs üzərində nəzarəti həyata keçirmək (iradəsini diqtə etmək) məqsədilə, təkrar olunan və yüksələn xətlə inkişaf edən fiziki, sözlə, dini və iqtisadi hədə ilə təhqir edən, qorxuda və vahimədə saxlamaqda ifadə olunur. Ailə zorakılıqlarının digər zorakılıqlardan fərqi ondadır ki, ailə zorakılığı bir-birilə yaxın, doğma münasibətdə olanlar arasında baş verir və bəzən buna adi hal kimi baxılır, hətta qarşı tərəf (incidən, kobudluq edən) müdafiə olunur, qorunur.
"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev qeyd edib ki, ölkədə məişət zorakılıqlarının qarşısının alınmasına səmtlənən normativ hüquqi baza olsa da, zorakılıqlar müxtəlif növlərilə davam edir: "Narahatlığa əsas var. Bəs nə etmək lazımdır ki, ədəb, abır, həya kiçik dövlətin təməlini təşkil etsin? Qənaətimə görə ailə üzvləri sırasında kimin haqlı, kimin günahkar olması məsələsinə son qoyulmalıdır. Ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir-konstitusion müddəaya yüksək hörmət və ehtiramla yanaşılmalıdır.Kiçik dövlətdə hamı birlikdə çalışmalı, heç bir ayrıseçkiliyə imkan verilməməlidir... Rəvayət edirlər ki, qonşuluqda iki ailə yaşayırmış. Ailənin birində ar-arvad hər gün mübahisə edər, aralarındakı münasibətləri müəyyən etmək üçün hər gün ucadan danışarmışlar. İkinci ailədə isə qarşılıqlı anlaşma və sakitlik, habelə sevgi hökmranlıq edərmiş. Mübahisəyə meyilli xanım qonşunun dava-dalaşsız keçməsini heç cür anlaya bilmir və bəzən paxıllığı da tutarmış. Qısqanclıqla yanaşar və həsəd apararmış qonşudakı rahat həyata."Bu necə ola bilər?-"düşüncəsilə üzülərmiş...Bir gün ərindən xahiş edir ki, qonşunun pəncərəsinə yaxınlaşsın və orada hər şeyin necə rahat getdiyini öyrənsin. Kişi həyat yoldaşının tapşırığını yerinə yetirmək üçün qonşunun mənzilinə yaxınlaşır. Ehtiyatla qonşunun pəncərəsindən otağı izləməyə başlayır. Qonşu xanımı evi süpürüb yığışdırmaqla məşğul imiş. Bu dəm telefon zəng çalır.Qonşu xanım tələsik telefonu götürməyə yüyürür. Bir neçə dəqiqədən sonra həyat yoldaşı evə daxil olur. Özü də hiss etmədən masanın kənarında qoyulan güldana ilişir və çox qiymətli güldan yerə düşüb çiliklənir. Ər məyus olur. Bu an, pəncərədən baş verənləri izləyən qonşu kişi sevincək:"Aha, indi aləm qarışacaq!" Amma onun düşüncəsinə rəğmən evin xanımı həyat yoldaşına yaxınlaşıb deyir: "Bağışla, əzizim! Günahkar mənəm, güldanı pis yerə-masanın kənarında qoymuşdum." Əri isə-"Yox, yox! Sən məni bağışla, əzizim! Mənəm günahkar, güldanı görmədim, ona heç ilişməyimi də hiss etmədim!" Qonşu özünü itirmiş halda evə qayıdır. Arvad ərinin çaşqınlığını görüb soruşur: -Nə oldu? Kişi cavab olaraq: "Bilirsən, onların ailəsində hamı günahkar, bizdə isə hamımız haqlıyıq. Əsas məsələ budur..." Ailənin rifahı,rahatlığı və təməlinin qorunması xətrinə ər də, arvad da bəzən "kar", "kor " və "lal"olmağı özünə ar saymamalıdır... Bu da, mən deyərdim ki, əsas məsələlərdən biridir..."
Xatırladaq ki, ailə cəmiyyətin əsas özəyi və sosial institut kimi dövlətin xüsusi himayəsində olmaqla sosial normaların məcmusunu özündə ehtiva edir. Burada ailədəkilərin nümunəvi davranışı, bir-biri ilə (ərlə-arvadın, valideynlərlə uşaqların) aralarındakı münasibətlərin tənzimlənməsi əsas şərtdir. Qarşılıqlı hörmət və ehtiram, yardım, adət-ənənələri qoruma, əxlaq qaydalarına riayət etmək və s. dəyərlərə əməl edilməlidir. Tarixən sosial-iqtisadi problemlərin gərginliyi praktik olaraq hər bir ailəyə təsir etmişdir. Ailənin rifah halı və həyat səviyyəsi aşağı düşməklə, ailənin gələcək taleyi üçün narahatlıqlar baş qaldırır, nəticədə ailə münasibətlərində gərginliklər yaşanır. Məhz bu baxımdan ailədə "hamı günahkardır!" və "hamı haqlıdır!" statusu hakim olmalıdır.
Maraqlıdır, inzibati metodlarla məişət zorakılığının qarşısını almaq mümkündürmü? Ekspertlər hesab edirlər ki, Azərbaycan Respublikasının CM-də həyat və sağlamlıq əleyhinə olan cinayətlər fəslində sağlamlığa yetirilən xəsarətlər, cinsi azadlıq əleyhinə olan cinayətlər və digər fəsillərdə zorakılıqları ehtiva edən maddələr və həmin ictimai təhlükəli əməllərə görə məsuliyyət nəzərdə tutulsa da, məişət zorakılıqların problemini həlll etmir. Məişət zorakılıqları barədə cinayət təqibinə başlama əksər hallarda zərərçəkmişin (qurbanın) şikayəti əsasında rəvac verilsə də, yazılı müraciətlər həmişə olmadığından mövcud faktlara prosesual reaksiya verilmir. Cəzasızlıq mühiti və qanuna müvafiq surətdə cəzanən verilməməsi faciələrlə sona çatır. Qurbanların əksəriyyəti qadınlar olduğundan onlar həyat yoldaşlarının qanunsuz hərəkətləri ilə bağlı şikayət etməyə çəkinirlər, sübutların toplanması da onlara həvalə edildiyindən və bunun üçün müəyyən bilik və bacarıqları olmadığından sualları cavablandırmaqda çətinlik çəkirlər, yaxud istəmirlər. Araşdırmalar zamanı məlum olub ki, məişət zorakılıqları haqqında olan belə cinayət xarakterli işlərin 90%-i guya"tərəflərin barışması" nəticəsində xitamla sona çatır. Cinayət qanunvericiliklərində isə bu barədə xüsusi fəsil yoxdur. Ailədəki zorakılıqlar rəsmi məlumatlara salınmır. Bu, isə hüquqi və prosesual baxımdan çox qüsurludur.
Alim