Qərbi Azərbaycanın təbii-coğrafi şəraiti...
10 Fevral 2022 10:06 SosialQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
"... Nə vaxtsa ermənilər türkləri əfv etməlidirlər, amma onların qarşısında diz çökməmək şərti ilə, əksinə onları diz çökdürməklə..."
"... Bir xalqın doğma Vətəni başqa xalqın daimi vətəni ola bilməz..." Q.Nijde (hay-daşnak qulduru)
Geoloji struktur və coğrafi mövqe baxımından Avropa və Asiya qitələrinin qovuşduğu relyef vahidlərinin mürəkkəbliyi və təbii şəraitinin müxtəlifliyi, rəngarəngliyi, füsunkar mənzərəsi Bütöv Azərbaycanın timsalında əks olunmuşdur. Relyef formalarının və təbii şəraitin müxtəlifliyi ilk növbədə geoloji proseslərin davamlı və intensiv olması ilə bağlı olsa da, region həm də orta coğrafi enliklərin landşaft gözəlliyinin yayıldığı coğrafi məkanlardan biri kimi qiymətləndirilir.
Bu baxımdan Qərbi Azərbaycan təbiəti də istisnalıq təşkil etmir.
Təsadüfi deyil ki, erkən orta əsrlərin məşhur dünya səyyahlarının əsərlərində (ingilis tarixçisi və səyyahı Qervasi Tilberiyski (1150-1228)-Qafqaz Albaniyasında (o cümlədən Kiçik Qafqaz bölgəsində) 34 iri tayfa birliklərinin yaşadığını qeyd etmişdir-"İmperator imkanları" kitabında; flamandiyalı missioner Vilyam de Rubruk (1220-1293)-1253-1255-ci illərdə Qərbi Azərbaycana səyahət etmiş, ərazinin təbii-coğrafi şəraitinin təsvirini vermişdir; italiyalı səyyah Marko Polo (1254-1324)-"Marko Polonun səyahətləri"- "Dünyanın qəruibəlikləri" kitabında və ingilis səlnaməçisi Ranulf Xiqden 1327-ci ildə "Polixronikon" əsərinin I hissəsində Qərbi Azərbaycan barədə də məlumata yer ayrılıb; alman tədqiqatçısı İohann Şiltberqer, Rui Qonsales de Klavixo (1403-1405-ci ildə bölgədə olmuşdur...) Göyçə gölünün, Zəngəzur dağlarının, İrəvan cuxurunun, Araz çayının... təbii-coğrafi şəraiti, eləcə də bölgəyə dair kartoqrafik təsviri verilmişdir. Qərbi Azərbaycanın mürəkkəb geoloji strukturu əsrarəngiz təbiət mənzərələrinin yaranmasına səbəb olmuş, etnik milli-tarixi səhifələri isə ictimai-siyasi hadisələrinin zənginliyi ilə seçilir.
İstənilən yaşayış məntəqəsi bu zənginliyə bir nümunədir. Göyçə mahalında, Basarkeçər nahiyəsinin Ağkilsə kəndinin timsalında füsunkar təbiət gözəllikləri az olmamışdır.
Şahdağ dağlıq silsiləsinin cənub qurtaracağındakı Göyçə dağının Qaraqaya yüksəkliyinin qərbindəki Çalmalı dağının yamacları yaxınlığında, açıq, alçaq təpəlikli ərazidə eramızın III-IV əsrlərində Qafqaz Albaniyası hüdudlarında salınan Ağklisə kəndi Kəlbəcər nahiyəsinin Dalqılıclı, Otaqlı, Keştək, Yuxarı və Aşağı Ayrım kəndləri ilə qonşudur, araları 5-20 km-dir. Bu hissə məşhur Sarıyer yaylaqları ilə əhatələnib. Basarkeçər nahiyəsi ilə yanaşı, Azərbaycanın digər bölgələrinin (Yevlağ, Bərdə, Ağcabədi, İmişli, Ağdam, Cəbrayıl... nahiyələrinin) təsərrüfatlarının 100 min başdan çox xırdabuynuzlu davarları yaylaq mövsümünü bu yerlərdə keçirərdilər. Sarıyer yaylaqları Tərətər və Hüsənçay çaylarının yüksək dağ suayrıcılarını (3426 m - Qılınclıqaya zirvəsi, 2751 m - Çalmalı dağ) əhatə edir.
Bütöv Azərbaycanın coğrafi xəritəsində Ağkilsə yaşayış məntəqələri (orotoponimləri) az deyildir.Qədim Alban mədəniyyətinin II-IV əsr maddi-mənəvi irs abidələrinin yayıldığı, xristianlığaqədərki əski sakral dünyagörüşünün təşəkkül tapdığı bu məkanlar (Qərbi Azərbaycanın Karvansaray, Zarzəmin və Düzkilsə nahiyələrində, Göyçə, Şirəel, Vedibasar və Şərur-Dərələyəz mahallarında, eləcə də Car-Balakən sultanlığında...eyniadlı Ağkilsə kəndləri) əzəli Türk-Müsəlman ocaqlarıdır.
Mürtəce, dinsiz hay kilsəsinin minilliklərlə hədəfində olan toponimlərimizdən biri də Ağkilsədir.
Şahdağ silsiləsinin şərq ətəklərindəki Ağkilsə kəndi 1844-cü ildən sonra Novoivanoka (hazırda Gədəbəy rayonu ərazisində) adlanmışdır.
Göyçə gölünün cənub-şərqində, Basarkeçər nahiyəsinin mərkəzindən 16 km şərqə tərəf düzən sahədə 1521 hektar sahəni (525 hektar əkin, 996 hektar biçənək və otlaq yerləri) əhatə edən Ağkilsə kəndi XVIII əsrdə İrəvan xanlığının tərkibində, əhalisinin sayı 1906-cı ildə 79 nəfər, 1931-ci ildə 166, 1970-ci ildə 222 nəfər olmuşdur. 1988-ci ildə kənddə 120-130 ev olub, 1100 nəfərə yaxın əhali yaşayıb.
Bir vacib cəhəti qeyd etmək lazımdır ki, 1970-1980-ci illərdə hay kilssəsi və hay-daşnak sürüsü Qərbi Azərbaycanda Türk-Müsəlman əhalisinin daimi yaşaması, məskunlaşma arealının genişləndirilməsi, yeni həyətyanı yaşayış sahələrin yaradılmasına imkan verməmiş, hay xislətinə uyğun olaraq kökənli-yerli soydaşlarımıza qarşı təqib və təhdidlərinə ara verməmişdir.
Kənddən şərqə 2 km aralıda Zərzibil, qərb tərəfə 5 km aralı Nərimanlı, quzeydə (2 km-də) Zod, 4 km cənuba təfər isə Qaraqoyunlu (Hüsən çayı bu kənddən keçir) kəndləri ilə qonşudur. Ağkilsə kəndinin şimal-şərq hissəsi, Çalmalı dağına (yaylaqlarına) səmti çılpaq, alçaq təpəli-yüksəkilklərlə ("Daşlı güney","Axund təpəsi"," Uzun güney", "Qalaq daşı", "Ocaq təpə"...) əhatələnmiş, dərələrlə ("Bəşirdüşən dərə", "Yelvə dərəsi", "Dərə yurd", "Nəbi. dərəsi"..), yarğanlarla ("Sarı xəndək"...) parçalanmışdır. Yağış yağanada, qar əriyəndə bu yerlərdən su axınları yaranırdı. Bu istiqamətdə, 2 km aralıda olan Zod kəndi ilə arada yerləşən, Çalmalı və Üçdaş dağlarından axan bulaq sularından (Mehdi bulağı, Döş bulaq, Bəzirxana bulağı, Qumlu bulağı, Polad bulağı...) əmələ gələn çaylarla suvarılan əkin sahələrində taxıl, yonca, tütün əkilirdi.
"Ocaq təpə"də (kəndin qərbində, 1500 m məsafədə) 1980-ci illərdə torpaq-qazıntı işləri aparanda əski Alban qəbirstanlığının qalıqları, bəzəki, naxışlanmış daş lövhələr üzə çıxmışdır, işərisində çürümüş, qaralmış buğda dənələri olan küplər (bəzisinin diametri 1 m-ə və ya 30-40 cm-ə çatan) sakral mədəniyyətimizin nümunələri kimi qiymətə malik olmuşdur. "Ocaq təpə"də əski Alban qəbirstanlığının qalıqları, naxışlanmış daş lövhələr üzə çıxmışdır, sakral mədəniyyətimizin nümunələri kimi qiymətə malik olmuşdur.
"Uzun güney" (Hallacoğlular yurdundan başlayaraq Kələbəcər səmtinəçatan) təqribən 8-10 km uzanırdı, şimaldan cənuba doğru, onun arxası Çalmalı dağa söykənirdi, dərənin dağa bitişik "dirsək"lərində yayda da qar qalırdı. Kənddən 10-12 km aralı olan "Dərəyurd"da bulaqlar çağlayırdı (Südlü bulaq, Qoşa bulaq...), burda çovkən oyunları keçirilərdi, at çaparları yarışardılar.
Ətəyində Qumlu bulaq çağlayan "Dik yurd"un üstündə hündürlüyü 10 m-ə çatan üçbucaq dəmir qurğu, sərhən nişanı ("trianqulyasiya üçbucağı") basdırılmışdı, Ağkilsə kəndindən 12 km aralıda, Kəlbəcər rayonuna tərəf. Bu hissəyə yaxın "Sümüktökülən yer", 1918-ci ilin aprel ayında kəndin 100 nəfərə yaxın dinc sakininin hay-daşnak quldurları (A.Ozanyan, Q.Nijde) tərəfindən amnasızlıqla qətlə yetirlənlərin (həmin ilin iyun ayında dəfn olunanların) məzarlığı uzanırdı. Həmin yerdə qətlə yetirilənlərin arasında sağ qalanlardan Cəbrayıl və Əziz Şükür oğlu Əzizovların anası Güllər paltarını balalarına bürüyüb, özü donub ölmüşdü. Hətəmxanlılar nəslindən olan qardaşlar 1941-1945-ci illərdə II Dünya müharibəsində iştirak etmiş, amma Cəbrayıl geri dönməmişdir.
Həmin faciəvi soyqırım barədə Əziz Şükür oğlu (1910-1989), Mirzə Hasan oğlu (1888-1978), Güləndam Hüseyn qızı (1902-2005), Həşim Hasan oğlu (1889-1976) ... danışardılar.
Çox hissəsi Zər kəndinin ərazisinə düşən, çılpaq landşaftdan ibarət olan Üçdaş dağının başı dəvə hürgüclərinə, at yəhərinə oxşayırdı, orda mağara da var idi. Kəndin qənşərində, cənubda Ağıllar düzü qədim yaşayış yeri olub, qədim qəbirstqanlıq var idi. 1960-cı illərdə oradan hətta paslı, çürümüş nizə ucluqları, silah qalıqları tapılmışdır.
Uzunluğu 20 km-ə çatan Hüsən çayı (ona Dərəyurddan axan 15-ə qədər bulağın, Zod kənbdindən axan çayın suyu qoşulrdu) Qaraqoyunlu və Ağkilsə kəndlərinin arasından axıb Göyçə gölünə tökülürdü. Yazın sonu, yayın əvvəllərində çayda bəzən güclü daşqınllar olurdu. Hüsən çayının sol sahil hissəsində, kənddən 3 km kənarda, dağın üstündə 50-60 əski yurd və ağıl yeri (qoyun saxlanılan küz) qalırdı, qurtaracağı çılpaq, itburnu kolları bürüyən sal qayaya söykənirdi. Ağılların axırında 3 iri daş (diametri 10 m-ə, qalınlığı 2 m-ə çatan) üst-üstə qoyulmuşdu. Yaşlıların dediyinə görə 400-450 il əvvəl Göyçə gölünün suları altında qalan bu yerlər sonralar quruya çevrilib, amma sucaq, çeyillik yerlər qonşu kəndlərin də (Qaraqoyunlu, Zər...) ətrafında qalmaqda idi.
1930-cu illərdə Qaraqoyunlu kəndi ərazisindən keşən hüsən çayının üstündə tikilən su-elektrik stansiyası 1960-cı illərədək ətraf kəndlərə həm də işıq paylayıb. Bu kəndin əhalisi 1988-ci ildə zorla yurdundan köçürülərkən bir neçə ailə Xocalı şəhərində məskunlaşmışdı, onlardan Mumuş Bəhram oğlu Allahverdiyev (1938-1992), 15 yaşlı oğlu Bəhram və 45 yaşlı həyat yoldaşı Kifayət Məhəmməd qızı hay-daşnak quldurları tərəfindən törədilən Xocalı soyqırımının qurbanlarından olub (üçünü də bağlayıb yandırıblar).
Hüsən çayının suyundan 500 m aralıda vurulan bənddən suvarma məqsədi ilə Dolayı arx (3-4 km uzunluqda) çəkilmişdi Ağkilsə kəndinə, 160-170 il əvvəl, Əsgər Hallacoğlu (1832-1916) tərəfindən, oğlu İsmayıl (1914-1995) tərəfindən mühafizə olunmuşdur. 1930-cu illərin əvvəllərində hay-daşnak ünsürləri onu sökmək istəyiblər, amma İsmayıl xəncərlə düşmənlərə qarşı müqavimət göstərmişdir.
Çalmalı yaylaqlarına tərəf, kənddən 2 km aralıda, Hüsən çayı ilə Daşlı güney arasında həmin Hallacoğullarının yataq binələri (komları) olub, hər komda 400 başa qədər davar saxlanılıb, onlardan 1970-ci illərin ortalarına kimi qonşu kənd sakinləri (Nərimanlı kəndindən Molla Qasım Molla Nəcəf oğlu (1905-1992) də istifadə edib) Sarıyer yaylaqlarına çıxmamışdan əvvəl bir müddət orda qalardılar.
Elin-obanın tanınmış bu din xadimlərini hay kilsəsi 1937-ci ildə Sibirə sürgün etdirə bilmişdir...
Daşlı güneydən 150 m aralı, Nərimanlı kəndi istiqamətində "Səngər yeri" qalırdı, orada 1905-1906-cı və 1918-1020-ci illərin-el döyüşçülərinin, Şəhid olanların izi qalmışdır.
R.S. Basarkeçər nahiyəsinin Ağkilsə kəndinin adını hay kilsəsi 1935-ci ildə dəyişərək heç bir məntiqə uyğun olmayaraq, yalnız hay xislətinə rəğmən "Azat" qoyub. 1988-ci ildən sonra kəndin 700 nəfərə yaxın əhalisi hay-daşnak quldurları tərəfindən qovulmuş (onlar Bakı, Gəncə şəhərlərində, Daşkəsən, Kəlbəcər,Tərtər, Göygöl...rayonlarında məskunlaşıblar), mütəfəkkir xalq şairi və aşığı Ələsgər Alməmməd oğlunun (1821-1924) mədəni irsi, heykəli və məzarı isə vəhşicəsinə məhv edilmişdir.
Dilican dərəsindəki Ağkilsə kəndi 1974-cü ildən Çiçəkbunar, 1991-ci ildən "Cermakavan" adlanır.
(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Ağkilsə kənd sakini Akif Oruc oğlu Cəfərovun (1954) məlumatlarından istifadə olunmuşdur.)