Həkim xəstənin səhf ayağını KƏSDİ - FOTO

Avstriya klinikasında 82 yaşlı kişinin səh ayağı amputasiya olunub: sol ayağı əvəzinə sağ ayağı kəsilib.

Olaylar.az xəbər verir ki, bu barədə Avstriyanın "Heute" qəzeti yazır.

Xəstə özünü pis hiss etdiyi üçün səhvin olduğunu anlamayıb. Əməliyyatdan öncə həkim onun kəsilməli olan ayağına ox nişanı qoyub. Xəstədən bir daha dəqiqləşdirmək üçün hansı ayağını kəsməli olduğunu soruşub, lakin yaşlı kişinin danışığı aydın olmayıb. Buna baxmayaaq, həkim əməliyyatı həyata keçirib.

Frayştadt klinikasının açıqlamasında 82 yaşlı kişinin bir çox xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Həkim xəstənin səhf ayağını KƏSDİ - FOTOKlinikanın direktoru Norbert Friçin sözlərinə görə, mayın 18-də keçirilən əməliyyatın səhv olduğu yalnız 4 gün sonra, sarğı dəyişilən zaman ortaya çıxıb.

Həkim xəstənin səhf ayağını KƏSDİ - FOTO"Bu səhvin necə baş verə bildiyini öyrənməliyik. Mən ictimaiyyət qarşısında üzr istəmək istəyərdim", - deyə Friç bildirib.

Xəstəyə psixoloji yardım təklif olunub. Onun sol ayağı budun yarısından aşağı kəsilməlidir. Əməliyyat yaxın günlərdə olunmalıdır, lakin xəstənin razılığı hələ alınmayıb.

Səhvə yol verən həkim hazırda öz istəyi ilə işdən uzaqlaşıb. big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31