Azərbaycan Demokrat Firqəsinin qarşıdakı Prezident seçkiləri, şəhər və kənd şuraları haqqında çağırışı

Əziz Həmvətənlər!

Azərbaycan Demokrat Firqəsi 28 xordad 1400-cü il (18 iyun 2021-ci il) 13-cü Prezident seçkiləri, şəhər və kənd şuraları barədə öz fiklərini sizinlə paylaşmaq istəyir. Bildiyiniz kimi  keçmiş 42-il ərzində  İranda seçkilərin şəffaf olmadığı və Azərbaycan xalqının həmişə basqı altında olduğu səbəbindən seçicilərə verilən vədlərin yerinə yetirilməməsi, növbəti seçkilərin də xalqımıza heç bir xeyri olmayacağını bildirir. Bu səbəbdən Azərbaycan Demokrat Firqəsi xalqımızı Prezident seçkilərini tam boykot etməyə çağırır.

Xatırlatmaq istərdik ki, ölkədə gedən seçki kampaniyalarında özlərini namizəd göstərən şəxslərin əksəriyyəti, İran İslam Respublikasının idarəedici, qanunverici və məhkəmə orqanlarında uzun müddətdə əsas və həlledici vəzifələrini işğal etmişlər. Lakin həmin adamların özlərinin etirafına görə bu gün İranda əsas qanunda yazılan maddələr, o cümlədən 15-ci və 19-cu maddələr, 48 və 49-cu maddələr və digərləri həyata keçirilməmiş qalır. Belə ki, 42 il inqilabdan keçsə də, inqilabın hədəfləri, məqsədləri yalnız kağız üzərindədir, həll edilməmiş qalır. Nəticədə mənfur Pəhləvi rejiminin siyasəti həm ölkə daxilində və həm də xaricində davam etdirilməkdədir.

İran əhalisi, o cümlədən məzlum xalqımız fəlakətlə, bahalıqla, qıtlıqla, üzüntü və xəstəliklərlə ölüm-dirim mübarizəsi aparmaqdadır. Zindanlar milli, sinfi və siyasi fəallarla doludur. Hər il 900 nəfərdən artıq insana ölüm hökmü kəsilir, onlar dar ağacından asılırlar. Belə bir faciəli vəziyyətdə hökumət adamları seçki ərəfəsində şou proqramları ilə ekranları yağır edir, utanmadan yalançı vədlərlə məmləkəti ixtilasdan, oğurluqdan, əfəllikdən, səfillikdən, məsuliyyətsizlikdən və hərc-mərclikdən xilas edəcəkləri barədə geninə-boluna danışırlar. Sanki  məntəqədə-Suriyada, İraqda, Yəməndə, Əfqanıstanda terrorist qrupları təşkil edən, əhaliyə sərf olunmalı büdcə hesabına müharibə və böhran ocaqları yaradan və idarə edən bunlar deyillər?!

Təəccüblüsü bundan ibarətdir ki, həmin adamlar yenidən özlərini sülh, inkişaf, firavanlıq və qanun tərəfdarı kimi Prezidentliyə namizədliklərini irəli sürürlər. Halbuki həmin adamlar vasitəsilə 42 il ərzində İranda yaşayan türk, ərəb, bəluc, türkmən və hətta fars xalaqlarının azadlıq səsləri boğulur, haqqlı mitinqlər zorla yatırılır. Heç şübhəsiz zindanlarda mübarizlərin qətlinə, kütlənin qırğınlarına hökm verən cümhuri islaminin bu günki prezident seçkilərində aday olanlardır. Rejim qətiyyən həqiqi, ədalətli seçki keçirtmək niyyətindən uzaqdır. Qondarma seçkilər keçirtmək üçün pandemiya şəraitindən sui-istifadə etməkdədir. Bu isə rejimin istədiyi adamları seçki sandıqlarından çıxartmaq niyyətinə xidmət edir. Rejim idarəedicilərinin hakimiyyətin ömrünü uzatmaq üçün istər üsulgərə, istərsə də islahatçı olsun ancaq bir məqsədi var. Yeni müharibə ocaqları yaratmaq, Amerika, Rusiya  və Qərb ölkələri ilə zahirdə ziddiyyətdə olduğunu nümayiş etdirmək, batində isə onların gizli planlarını həyata keçirtməkdir ki, bu da qətiyyən xalqların xeyrinə deyil. Belə əməkdaşlıq ilk növbədə qeyri fars millətlərini daha artıq əsarətdə saxlamağa və onları əritməyə, ölkədə olan böhranları öz xeyirlərinə dərinləşdirib məmləkəti rahat idarə etməyə, konkret desək, bu günki İran İslam Respublikasında yaşayan xalqları daha iflasa, fəlakətə doğru sürükləməkdən başqa bir şey deyil.

İran İslam Respublikasında indiyədək keçirilmiş bütün prezident seçkilərində həllini tapmayan saysız-hesabsız problemlər hakimiyyətlərə və dövlət rəhbərlərinə miras qalmaqdadır. Bu baxımdan 13-cü prezident seçkiləri də mənfur ənənənin davamından başqa heç nə olmayacaqdır. Qadınlarla bağlı  problemləri, İranda yaşayan millətlərin həllini səbirsizliklə gözlədikləri dil, mədəniyyət, özünüidarəetmə, fəhlə sinfinin iş, maaş, ev, sığorta, eləcə də səhiyyə, ekologiya və sair məsələləri ilə bağlı problemləri həllini tapmamışdır. Heç bir büdcədə bu məslələrin həll edilməsinə vəsait ayrılmır. İranda  yaşayan 45 milyonluq Azərbaycan türkləri bunları nəzərə alaraq özlərinin idarəetmə məsələsində qanuni haqlarına çatmaq üçün köklü düşünüb-daşınmalı və qərar verməlidir.

Azərbaycan Demokrat Firqəsi belə qənaətdədir ki, bütün Azərbaycanda və onun hüdudlarından kənarda  yaşayan türklər əldə olan fürsətləri dəyərləndirməli, istifadə edərək, öz təşkilatlarını, şuralarını kənddlərdə və şəhərlərdə yaratmalıdırlar. İdarəetmə orqanlarını aşağıdan yuxarıyadək öz etibarlı əllərinə almalıdırlar. Həmin şuralarda Milli Hökumət dövründə olduğu kimi indi də müvafiq qərarları tətbiq etmək, Azərbaycanda və ondan kənarda Milli Məclisin orqanlarını yaratmaq, MM vasitəsilə Azərbaycanda Milli Hökumətin bərpasına yardım etməlidirlər.

Azərbaycan Demokrat Firqəsi əmindir ki, ancaq bu istiqamətdə görülən işlər  həmvətənlərimizi ağ günə, azadlığa, modrnləşməyə və firavanlığa çıxarar, babalarımızın Məşrutə hərakatı dövründən bu günə qədər göstərdiyi yolda qətiyyətlə addımlamaqla bizə arzuladığımız həyatı  ərməğan edər. Fədakar xalqımız yalnız Azərbaycan Demokrat Firqəsinin çağırışlarına dəstək verməklə Səttarxanın, Xiyabaninin və Pişəvərinin yolu ilə getməklə gözəl həyata və işıqlı gələcəyə qovuşa bilər.

Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Demokrat Firqəsi.            

Abdulla Əmir Haşimi Cavanşir                               

28.2.1400 (19.5.2021-ci il)  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31