Tahir Salahovun cənazəsi sabah Azərbaycana gətiriləcək
22 May 2021 10:24 SosialAlmaniyada dünyasını dəyişən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun cənazəsi sabah Vətənə gətiriləcək.
Olaylar.az xəbər verir ki, bunu "Report"a açıqlamasında mərhumun bacısı Zərifə Salahova deyib.
Onun sözlərinə görə, cənazə mayın 23-də AZAL-a məxsus təyyarə ilə Frankfurtdan Bakıya yola salınacaq.
Z.Salahova qeyd edib ki, T.Salahovun mayın 24-də Birinci Fəxri xiyabanda dəfn edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Xalq rəssamı mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31