Azərbaycanlı hərbçi erməni hərbi hissəsinin qərargah rəisinin burnunu SINDIRDI

"Gecə Ermənistanın Sünik vilayətində insident baş verib".

Olaylar.az Ordu.az-a istiandən xəbər verir ki, bunu erməni jurnalist, fəal Ariana Hovsepyan "Facebook" səhifəsində canlı yayımda bildirib.

"Nə dərəcədə düzgün olduğunu bilmirəm, mənə bildirdilər ki, azərbaycanlılar gecə Qaragöl ərazisində Gorus hərbi hissəsinin qərargah rəisi olan hansısa Minasyanın burnunu qırıblar. Göstəriş verilib ki, heç kim bu hadisə haqqında bilməsin", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31