Ötən sutka 3 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb
3 May 2021 13:59 SosialAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-dən "Olaylar"a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 10 yanğına çıxış, 1 nəqliyyat qəzası və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31