Ağdamda 62 yaşlı qadını ilan sancıb
3 May 2021 11:41 SosialAğdamda 62 yaşlı qadını ilan sancıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Mirəşelli kəndində baş verib.
Kənd sakini Rəhimova Qönçə Qaçay qızı həyətdə alaq otu təmizləyərkən ilan onun sol əlinin bilək nahiyəsindən sancıb. Q.Rəhimova Ağdam Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyəti orta-ağırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31