Mətanət İsgəndərli reanimasiyaya yerləşdirilib - ÇOX TƏƏSSÜF Kİ...

Rusiyada koronavirusa yoluxan müğənni Əməkdat artist Mətanət İsgəndərli Moskvadakı xəstəxanada reanimasiyaya yerləşdirilib.

Bu barədə Redaktor.az-a ifaçının gəlini Canana məlumat verib. O bildirib ki, M.İsgəndərli və oğlu Kərim 5 gün öncə COVID-19 infeksiyasına yoluxublar:

"Kərimin hərarəti 38 dərəcəyə qalxırdı, Mətanət xanımda hərarət olmadı. Bir neçə gün öncə onda boğulmalar, dodaq ətrafı göyərmələr əmələ gəldi. Bu səbəbdən dərhal özəl xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır. Kərim cavan olduğuna görə müalicəsi yaxşılığa doğru gedir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31