Rusiyanın məşhur şousunun qalibi azərbaycanlı oldu – VİDEO

Rusiyanın NTV kanalında yayımlanan məşhur "Maska" şousunun qalibi MDB-də populyar olan azərbaycanlı ifaçı Coni (Cahid Hüseynli) olub.

Olaylar.az xəbər verir ki, populyar ulduzların yarışdığı şouda Cahid timsah obrazında səhnəyə çıxaraq şou göstərib.

Xalq artistləri Filipp Kirkorov və Valeriya Perfilova kimi ulduzların münsif olduğu yarışmada Coni qalib olub. İkinci yeri isə Azərbaycanın Xalq artisti, opera ifaçısı Yusif Eyvazov tutub.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31