Bu gün Azərbaycanda ikinci Qədr gecəsidir
3 May 2021 10:55 SosialBu gün Azərbaycanda ikinci Qədr (Əhya) gecəsidir.
Olaylar.az xəbər verir ki, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edib. Ramazanın 22-ci (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31