Bu gündən Azərbaycanda yeni vaksin vurulacaq
3 May 2021 10:21 SosialBu gündən Azərbaycanda yeni vaksinin tətbiqinə başlanılır."Olaylar" xəbər verir ki, "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesində növbəti mərhələ başlayır. Belə ki, bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə COVID-19-a qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria" vaksinindən (İstehsalçı şirkət"AstraZeneca") də istifadə ediləcək."Vaxzevria" peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələ xüsusi otaqlar ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31