"Bəxtiyar"ın Saşası 93 yaşında - FOTOlar

 

"Gündən-günə" verilişi "Bəxtiyar" filmində Saşa obrazını canlandıran aktrisa Tamara Çernovanın yeni görüntülərini nümayiş etdirib.

Axşam.az  bildirir ki, hazırda 93 yaşı olan aktrisa Rusiyada yaşayır.

"Evin kirayəsini və dərmanlarımın pulunu ödəməkdə çətinlik çəkirəm. Əlil arabasındayam, həkimə getmək üçün taksiyə minməliyəm, pulum da olmur", - Tamara bildirib.

Aktrisanın bir qızı var. O, olan evini qızına bağışlayıb. Övladı isə ondan imtina edib. O, bunun səbəbi kimi anasının pis xasiyyəti olmasını göstərib.

​​​​​​​

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31