Sumqayıtda daha bir müəllim koronavirusdan vəfat etdi
2 May 2021 09:42 SosialSumqayıtda daha bir müəllim koronavirusun qurbanı olub.
"Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhər 35 saylı məktəbin müəllimi Məsudə Səfərəliyeva bu gün COVID-19-dan vəfat edib. O, riyaziyyat fənnini tədris edib.
Xatırladaq ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Cəbrayılova da ötən gün koronavirusdan dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31