Ramazanın 19-cu gününün duası - İmsak və iftar saatı

Sabah Azərbaycanda Ramazan ayının on doqquzuncu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 2-də imsak saat 03:58, iftar isə 19:52-dədir.

On doqquzuncu günün duası:

"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".

Tərcüməsi:

"İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi".

Allah orucunuzu qəbul etsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31