Toylara icazə verilə bilər — VİDEO
1 May 2021 20:30 SosialRamazan bayramı günlərində sərt karantin gözlənilmir.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Xəzər Xəbərə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Millət vəkili bildirib ki, hazırda Azərbaycandakı epidemioloji vəziyyət Ramazan bayramı günlərində sərt karantin rejiminin tətbiq edilməsinə ehtiyac yaratmır: "Amma bu o demək deyil ki, insanlar rahat olmalı və qoyulan qaydalara əməl etməməlidir".
Rəşad Mahmudov əlavə edib ki, əgər yoluxma sayı hər keçən gün azalarsa növbəti aylarda qadağan edilmiş sahələrin, xüsusilə toy şənliklərnin müəyyən sayda insanlarla keçirilməsinə icazə də verilə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31