Ana 8 aylıq uşağa DAŞ YEDİZDİRİR - FOTO-VİDEO
1 May 2021 15:29 SosialABŞ-ın Finiks şəhərinin 22 yaşlı sakini Elis Bender özünün 8 aylıq oğlu Fernə daş, palçıq, qum yedizdirir.
BiG.AZ xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Özü veqan olan Elis hesab edir ki, onun südü körpəsini mikroblardan qoruyacaq və bu səbəbdən uşağının çirklə oynamasına mane olmur.
"Mən bakteriyalardan qorxmuram, hətta əksinə, təbiət və oğluma güvənirəm. Ana südüylə bəslənən uşaqlar əllərinə keçəni ağızlarına aparırlar. Bunun təsadüfi olması mümkün deyil, bu, bir instinktdir", - deyə Bender düşüncələrini ifadə edib.
Daş, qum və palçıqdan əlavə, qadın uşağına digər əşyaları da ağzına aparmağa, hətta marketlərlədi arabaları yalamağa icazə verir.
Elisin "TikTok" səhifəsini izləyənlərin bəziləri qadını dəstəkləyib və bu yolla uşaqda güclü immun sisteminin formalaşacağını deyiblər. əksəriyyəti isə gördüklərindən dəhşətə gəlib.












