107 kq narkotikin ölkəyə gətirilməsinin qarşısı alındı - Səfər Mehdiyevdən açıqlama

Külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsinin  qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində 107 kiloqramdan artıq narkotik vasitə olan heroinin qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31