Diqqət! 14 gün iş olmayacaq


Nazirlər Kabinetinin Qərarına əsasən ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq. 

Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir. 

5 günlük iş həftəsində çalışanlar üçün şənbə və bazar günləri də daxil olmaqla may ayında bayramlarla əlaqədar 14 gün iş olmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31