O, çörəyi suyun altına tutdu. Nəticə hamını heyran etdi. Heç vaxt ağlıma gəlməzdi.
Hər gün mağazadan təzə çörək alırsınız? Təzə və yumşaq bişirilmiş çörəyi sevirsiniz? Onda bu üsul sizə lazım olacaq. 1-2 gün əvvəl bulka və ya çörək almısınız, o artıq boyatlayıb? İsraf etməyin, bu məmulatları yenidən təzə etmək mümkündür. Necə?
Çox sadə! azerforum.com SaqlamHeyat.az- istinadən bildirir ki, çörəyi axar soyuq suyun altına tutursunuz, qabıq hissəsi bir az islanandan sonra(diqqət edin həddən artıq sulanmasın) 150 dərəcədə isinmiş sobaya(duxovka) 10-12 dəqiqəlik qoyursunuz.

Sirr ondadır ki, çörəyin canına hopan su buxar çevrilərək, sobada çörəyi yenidən yumşaq və təzə edir. Çörək ətirli, yumşaq və təravətli olur! Heç təzə çörəkdən qəti fərqlənmir!