ATU-nun müəllimi: "Günəş şüası koronavirusun qarşısını almağa da kömək edir”
30 Aprel 2021 16:24 Sosial"Əgər yay aylarında çimərliklər açılsa, insanlar günəş şüası qəbul etmək üçün çimərliyə getsinlər".
Bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov "Stasionar şəraitdə COVID-19" mövzusunda çıxışında deyib.
O bildirib ki, insan bədənində vitamin yaranmasına günəş şüalarının xeyri var: "İnsanlar çimərliyə gedəndə günəş şüaları alsınlar. Günəş şüası koronavirus xəstəliyinin qarşısını almağa da kömək edir".
APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31