Şeyx Əbdül Mahmudbəyov  koronavirusdan sağaldı- "Sağ olsun dostlar, tanışlar..."

"On bir aydır ki, ağır xəstəliklə mübarizə aparıram. Bir tərəfdən də koronavirusa yoluxmuşdum. Sağ olsun dostlar, tanışlar, xüsusilə millət vəkilləri Qənirə Paşayeva və Fazil Mustafa mənə dəstək oldular. Heydər Əliyev Fondu mənə bir mərhələdə kömək elədi." Bunu "Olaylar"a Şeyx Əbdül Mahmudbəyov  deyib. Bildirib ki,  "Kaspian" qospitalda cərrahiyyə əməliyyatı olunub. Müayinə zamanı bəlli olub ki, daxili xəstəliklərlə yanaşı koronavirusa yoluxub: "20 gün ev şəraitində Tibb Universitetinin dosenti Sveta xanım Rəfiyeva müalicəmi apararaq, mənə qarşı çox diqqət və qayğı göstərdi. Sonra TƏBİB-dən zəng edərək bildirdilər ki, göstəriş var ki, təcili suratdə xəstəxanaya yerləşdirilməlisiniz. Orada müalicə aldıqdan sonra  məsləhət oldu ki, ev şəraitində müalicəmi davam etdirim. Şükür ki, 20 gün ərzində hər şey gözəl oldu, yenidən analiz verdim və bəlli oldu ki, koronavirusdan sağalmışam. İndi ənənəvi xəstəliklərim üzrə müalicəmi davam etdirirəm ki, bu da oniki barmağın qastiriti və mədə bağırsaq problemidir. Koronavirusdan müalicə və əməliyyat zamanı çoxsaylı sistem və dərman qəbul etmişdim, artıq orqanizmim əlavə iynə-dərman qəbul etmirdi. Sözsüz ki, bunlar sağlamlığım üçün əlavə problemlər yaradıb. Buna baxmayaraq ağsaqqal bir xalq sənətkarı, yaradıcı insan, ideoloji sahənin təbliğatı ilə məşğul olan adam kimi, tariximiz, milli-mənəvi dəyərimiz, dövlətçilik ənənələrimizlə fundamental şəkildə məşğul olan bir adam kimi aktiv surətdə öz fəaliyyətimi davam etdirirəm. Çünki heç cür qəbul edə bilmərəm ki, bu gün Azərbaycanda mənəvi aşınma getsin".  Şeyx Əbdül Mahmudbəyov  Heydər Əliyev Fonduna müraciət edərək xahiş edib ki, onun müalicəsinin davam etdirilməsinə köməklik göstərilsin: "Bir yaradıcı insan, ideoloji sahənin təbliğatı ilə məşğul olan adam kimi, dövlətçilik ənənələrimizə sadiq biri kimi xahiş edirəm ki, mənim müalicəmin davam etdirilməsinə köməklik göstərilsin".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31