Azərbaycanda yeni növ vaksinin tətbiqinə başlanılır - BU TARİXDƏN...

Mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər "COVID-19" xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria" vaksinindən (İstehsalçı şirkət "AstraZeneca") də istifadə edə biləcəklər. 

Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, "Vaxzevria" peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

COVAX" platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza "Vaxzevria" peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, "AstraZeneca" İngilis-İsveç şirkəti tərəfindən hazırlanan "Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31