Yük avtomobillərində siqaretlər aşkar edilib
30 Aprel 2021 12:09 SosialCənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 4 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən "Olaylar2a bildirilib ki, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri "Mack" markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar. Nəqliyyat vasitələrinə kinoloji xidmət itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktlarla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31