Yasamalda beşmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a bildirilib ki, nəticədə binanının 4-cü mərtəbəsində ümumi sahəsi 55 m² olan mənzilin 1 otağına və eyvanına yığılan taxta tullantıları 2 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31