Sosial sığorta daxilolmaları üzrə proqnoz 113,6 faiz icra edilib

Əmək bazarında şəffaflaşma prosesləri nəticəsində işçi sayının və əmək haqqı fondunun artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 895,3 milyon manat təşkil edib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, bununla da  proqnoz 113,6 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,8 faiz artıb, proqnoz 115,9 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,8 faiz artaraq 30,3 milyon manat təşkil edib, proqnoz 112,1 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 15,7 faiz artıb, proqnoz 110,9 faiz icra edilib.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31