Xudayarı təhqir edən şəxsi döyənlər görün kimlər imiş...
30 Aprel 2021 11:17 SosialSosial şəbəkədə Şəhid Xudayar Yusifzadə haqqında ironiyalı status yazan Fuad Rəsulzadənin döyülməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. E.Zahidov qeyd edib ki, həmin şəxsin döyüldüyünü əks etdirən videogörüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırma aparılıb: "Fakta görə Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub. Onlar şəhid Xudayar Yusifzadənin dayısı, qardaşı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb". DİN rəsmisinin sözlərinə görə, hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.