Bugünkü imtahanın nəticələri nə vaxt elan ediləcək?
29 Aprel 2021 17:00 SosialBu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarının nəticələrinin elan ediləcəyi vaxt açıqlanıb.
Aprelin 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31