BMT Ermənistana minalarla bağlı çağırış etdi
29 Aprel 2021 16:03 Sosial"Mən Əfqanıstanda müharibənin dəhşətini və fəlakətini görmüşəm. Minaların törətdiyi bəlalar və dağıdıcı təsiri ilə şəxsən tanışam".
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai "İkinci Qarabağ müharibəsi və minalar" adlı vebinarda deyib.
O, Azərbaycan hökumətinin ərazilərin minalardan təmizlənməsi istiqamətindəki fəaliyyətini alqışladığını bildirib: "Biz Azərbaycan və Ermənistanı minaların və hərbi sursatların toplanılması, saxlanılması və ötürülməsinin qarşısının alınmasına dair Konvensiyaya qoşulmağa dəvət edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31