Koronaya yoluxan nazirin son durumu

Koronavirusa (COVID-19) yoluxan mədəniyyət naziri Anar Kərimovun vəziyyəti açıqlanıb.

Olaylar.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən Report-a verilən açıqlamada nazirin karantin müddətinin davam etdiyi bildirilib.

"Anar Kərimovun səhhəti yaxşıdır və sağalmağa doğru müsbət dəyişikliklər var", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, mədəniyyət naziri aprelin 16-dan müalicə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31