Xudayara lağ edən görün kim imiş - ARB-də ŞEİR deyir - VİDEO

 

Şəhid Xudayar Yusifzadəni ələ saldığı üçün döyülən Fuad Rəsulzadə ilə bağlı yeni xəbər var.

F.Rəsulzadə əslində televiziyaya yad sima deyil. O, ARB TV-də şeirlərini səsləndirib, SPACE TV-də "El bizim sir bizim" verilişində qonaq olub. Bundan başqa o, "Hekayəm var" "Stand up" şousunda aktyor kimi səhnə alıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi şəhid Xudayar Yusifzadə barəsində istehza ilə paylaşım edən sosial şəbəkə istifadəçisinin döyülməsi ilə bağlı araşdırmalara başlayıb. Polis F.Rəsulzadəni döyən şəxsləri axtarır.

Qeyd edək ki, F.Rəsulzadə "Tvitter"də "Əhməd" adlı hesabla "Xudayar çoxdandı təzə mahnı buraxmır" deyə istehza dolu paylaşım etmişdi.lent.az

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31