Aparıcı Vüsalə Kərimovanın evində xoş hadisə yaşanıb. SİA-ya bu haqda aparıcının özü açıqlama verib: "Qardaşımın qız övladı gecə saatlarında dünyaya gəldi. Balamızın saatlarla dünyaya gəlməyini gözləyirdik.
Adını Gülin qoyduq. Körpəmizin adını gəlnimiz qoyub. Belə ki, "Gül" anamın adıdır. "İn" isə gəlnimizin adının sonuncu hərifləridir.
Kaş bu günləri rəhmətlik anam da görərdi. Anamın ən böyük arzusu idi ki, nəvəsi olsun. Anamın ruhuna söz verirəm ki, nəvəsini göz bəbəyim kimi qoruyacam.
Allah övlad sahibi olmayanlara nəsib etsin".
Yeni dünyaya gələn körpəmizin şəklini təqdim edirik:
