Xudayara aid yazdığı statusa görə döyülən Fuad Rəsulzadə haqqında RƏSMİ AÇIQLAMA
29 Aprel 2021 09:52 SosialSosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz ifadələr yazdığına görə küçədə döyülən Fuad Rəsulzadənin görüntüləri yayıldıqdan sonra polis məsələni araşdırmağa başlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, hadisədən məlumatlıdırlar.
Məsələ ilə bağlı araşdırma aparılacaq.
Vətəndaşa fiziki təzyiq göstərən şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Qeyd edək ki, Fuad Rəsulzadə "Twitter" sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır" adlı status yazmışdı. Bu sözlərinə görə sərt tənqid olunan gənci bir qrup şəxs küçədə döyüb.
Həmin videonu təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31