Bakıda "28 Aprel"lə bağlı ETİRAZ AKSİYASI- "İvan idi domoy!"
28 Aprel 2021 15:30 SosialBu gün Azərbaycan Xalq Hərəkatı partiyasının (AXHP) təşəbbüsü ilə bir qrup vətəndaş Rusiyanın Azərbaycandakı səfirliyi önündə etiraz aksiyası keçirib.
Aksiya 1920-ci il aprelin 28-də XI Qızıl Ordunun hüçumu zamanı ADR-in süquta uğradılması tarixi ilə bağl olub.
Etirazçılar rus sülhməramlıların Qarabağı tərk etməsini də tələb ediblər.
Aksiyada "İşğalcı rus ordusu dəf ol!", "İvan idi domoy!" kimi şüarlar səsləndirilib.
Aksiya polislər tərəfindən dağıdılıb. Aksiyada 50-ə yaxın adam iştirak edib, saxlanılanlar var.
anews
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31