Ötən il ictimai nəqliyyatla 413 milyon insan daşınıb
28 Aprel 2021 11:57 Sosial"2020-ci ildə ictimai nəqliyyatla 413 milyon vətəndaş daşınıb"
Olaylar.az xəbər verir ki, bunu Bakı Nəqliyyatı İdarə heyətinin sədri Vüsal Kərimli bildirib:
"Son 5 il ərzində 3.2 milyarddan çox vətəndaş ictimai nəqliyyatla daşınıb.
Bəzən vətəndaş sürücüyə deyir ki, biraz gözlə aptekə dəyim gəlirəm. Lakin anlamaq lazımdır ki, o avtobusda evinə çörək aparmaq üçün tələsən vətəndaş da ola bilər. Bu baxımdan vətəndaşları anlayışlı olmağa çağırıram", - deyə V.Kərimli vurğulayıb.
Qurum rəsmisinin sözlərinə görə, hazırda Bakıda 650 min şəxsi nəqliyyat vasitəsi var və onlardan 2 milyon vətəndaş istifadə edir.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31