Zaurla meyxanaçı arasında mübahisə - Video

 

Aparıcı Zaur Kamalın "Həmin Zaur" proqramında mübahisə yaşanıb.

 

Axşam.az xəbər verir ki, aparıcı verilişə qatılan meyxanaçı Yaşar Qafanlıya "Neçə dostun mənə deyib ki, onu efirə çıxart. Bağırmısan ki, Zaurla efirə çıxım. Belə olmaz" sözlərinə əsəbiləşib. 

"Lazım olsa, hansı kanalı açarsan məni görərsən. Camaat baxır, belə danışmaq lazım deyil. Pis çıxır. Sənə əlbəttə hörmətim var, efirində olaram. Amma belə demək olmaz. Ortaq dostlarım sənə deyib. 20 ildir ki, sənətdəyəm, camaatda məni tanıyır. Sənin danışığın düz deyil. Əzizlərim, dostlarım baxır, belə danışmaq olmaz. İstəyirsiz durub çıxım gedim. Sənin verilişin mənə lazım deyil" deyən, meyxanaçı studiyanı tərk edib.

Proqramın əməmkdaşları onu yenidən studiyaya qaytarıblar. Həmin an meyxanaçı və aparıcının mikrofonları bağlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31