"EuroHome"un direktoru HƏBS EDİLDİ

"EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Olaylar.az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, o, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib.

Xatırladaq ki, sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş  vermişdi.

Qeyd edək ki, "EuroHome"un sahibi  Azay Möhnətovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31