Bakıda tibbi maska taxmış şəxslər evə basqın etdi

Bakıda evə basqın olub.

Olaylar.az-ın məlumatına görə, Nizami rayonunda S.Səfərovanın yaşadığı mənzilə tibbi maska taxmış 3 nəfər aldatma yolu ilə daxil olub.

Naməlum şəxslərin ikisi kişi, biri isə qadın imiş.

Onlar S.Səfərovanı döyərək hədələyib, onun evindəki qızıl-zinət əşyalarını aparıblar.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31