Baloğlan Əşrəfovun koronavirusa yoluxduğu veriliş hədəfdə – “Niyə hamı bir mikrafondan istifadə edib?”

Xəbər verdiyimiz kimi, ötən gecə əməkdar artist Baloğlan Əşrəfov koronavirusdan dünyasını dəyişib.

Bundan öncə sənətçi televiziya kanallarının müğənnilərin səhhətindən xəbəri olmadan efirə dəvət etməsindən danışmışdı: "Verilişlərə müğənnilərin hamısını çağırırlar. Bilmirlər hansı xəstədir, hansı sağlamdır. Hər kəsə eyni mikrofonu verirlər. Hamı bir mikrofondan istifadə edir. Çöldə maskalı gəzirlər, amma içəridə maskasız".

Maraqlıdır ki, dünyanın əksər ölkələrində efirlərə dəvət edilən qonaqlar maskadan istifadə edir, sosial məsafə qorunur və digər başqa qaydalara əməl edilir. Bizdə isə, adətən tam əksi müşahidə edilir.

Bununla bağlı tibbi ekspert Adil Qeybulla  açıqlamasında qeyd edib ki, əslində qapalı mühitdə karantin qaydalarına mütləq əməl edilməlidir:

"Yaxşı olardı ki, televiziyalarda çıxış edənlər qapalı məkan olduğu üçün orda maska ilə otursunlar. Digər tərəfdən bir-birinə ötürülən mikrofondan istifadə etmək qətiyyən olmaz. Efirə çağırılan qonaqlar fərdi mikrofonlardan istifadə edilməlidirlər.

Həmçinin hər qonaqdan əvvəl mikrofonların spirt əsaslı dezinfeksiyaedici məhlullarla üstünün silinib təmizlənməsi önəmlidir. Bu şərtlərə əməl etməklə nələrəsə nail ola bilərik".

Müsahibimiz bildirib ki, bizdə əksinə, televiziyalara dəvət edilən şəxslər maskasız oturur və eyni mikrofondan istifadə edirlər: "Təbii ki, insan nəfəs alanda mikrofonun üstünə təzəcə enmiş su qabarcıqlarını tənəffüs yoluna çəkərək virusa yoluxa bilər. Eyni zamanda televiziya kanalına dəvət edilən bir qonağın xəstə olması kifayətdir ki, digərləri də yoluxsun. Bu baxımdan qapalı mühitdə karantin davranışlarına əməl etmək mühüm şərtdir". sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31